Xəbər lenti

İsveç vəliəhd şahzadəsinin rezidensiyasında bıçaqlı kişi həbs edildi
Dünya 17:43 05.12.2024

İsveç vəliəhd şahzadəsinin rezidensiyasında bıçaqlı kişi həbs edildi

Stokholm polisi İsveç taxt-tacının varisi Viktoriya ilə əlaqəli Haqa parkında yerləşən rezidensiyasının yaxınlığında bir kişini bıçaqla həbs edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Aftonbladet məlumat yayıb.

"Bu ərazidə qəribə davranan bir kişi saxlanılıb", – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, kişidən bıçaq, əl qandalı, yapışqan, qoruyucu maska, tüfəng maketi və tanınmış bir şirkətin rəhbərlərinin adlarının olduğu siyahı aşkar edilib.

Həbs olunan şəxs hücum hazırlığında olmaqda şübhəli hesab edildiyinə görə saxlanılıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->