Xəbər lenti

SBU-nun dronları Rusiya hərbi “Kupol” zavoduna dəqiq zərbələr endirdi (VİDEO)
Dünya 17:21 01.07.2025

SBU-nun dronları Rusiya hərbi “Kupol” zavoduna dəqiq zərbələr endirdi (VİDEO)

1 iyul səhəri Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) məxsus uzaqmənzilli dronlar Rusiyanın İjevsk şəhərində yerləşən "Kupol” zavodunu vurub. Bu müəssisədə Rusiya ordusu üçün "Tor” və "Osa” zenit-raket kompleksləri, eləcə də "Harpia” adlı döyüş dronları istehsal olunur.

Qaynarinfo xəbər verir ki, bu barədə SBU-dakı məlumatlı həmsöhbətlər bildirib.

Mənbənin bildirdiyinə görə, 1 iyulda SBU-ya aid dronlar Udmurtiya Respublikasında yerləşən İjevsk Elektromexanika Zavodunun istehsalat və anbar sahələrinə zərbələr endirib.

Qeyd olunur ki, hədəfə qədər məsafə 1300 kilometrdən çox olub.

SBU dronlarının zavodun korpuslarına ən azı iki dəqiq zərbə endirdiyi və bundan sonra yanğın baş verdiyi bildirilib.

Bu müəssisə Rusiya Müdafiə Nazirliyinin sifarişlərini yerinə yetirir, "Tor" və "Osa" tipli zenit-raket komplekslərinin istehsalı üzrə ixtisaslaşıb və "Harpia” adlı zərbə dronlarının da əsas istehsalçısıdır. Zavod Rusiya hərbi-sənaye kompleksinin bir hissəsi olaraq beynəlxalq sanksiyalar altındadır.

Məlumata görə, zərbələr müasirləşdirilmiş "Lyutıy" kamikadze-dronları ilə həyata keçirilib.

Bu zərbə, Ukrayna tərəfinin Rusiya ərazisində dərinliyə yönəlmiş hərbi-sənaye infrastrukturlarını hədəf alan strategiyasının davamı kimi qiymətləndirilir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->