Xəbər lenti

Məhkəmə Azər Zahidlə bağlı qərar verdi
Ölkə 14:54 01.07.2025

Məhkəmə Azər Zahidlə bağlı qərar verdi

"Həbsdə olan aparıcı Azər Zahid ev dustaqlığına buraxılıb".

Bu barədə oxu.az-a vəkil Yusif Seyfəlov məlumat verib.

Vəkil bildirib ki, Nərimanov Rayon Məhkəməsində Azər Zahidin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edib və A.Zahid məhkəmə zalından ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, Azər Zahid ötən ilin dekabrında saxlanılıb. Ona qarşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülmüşdü.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->