Xəbər lenti

İsveç də hərbçilərinin Ukraynaya göndərilməsini istisna etmir
Dünya 17:17 17.02.2025

İsveç də hərbçilərinin Ukraynaya göndərilməsini istisna etmir

İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard bildirib ki, ölkəsi hərbi qüvvələrini Ukraynaya, hər hansı bir müharibədən sonrakı sülhməramlı missiyada göndərməyi istisna etmir.

Qaynarinfo xəbər verir ki, bu barədə Mariya Malmer Stenerqardın İsveç mediasına verdiyi şərhdə deyilir.

Bu şərh Birləşmiş Krallığın baş naziri Kir Starmerin britaniyalı hərbçilərini Ukraynaya sülhməramlı missiyanı yerinə yetirmək üçün göndərməyə hazır olduğunu bildirməsindən sonra ortaya çıxıb.

İsveçin xarici işlər naziri bildirib: "İndi biz əvvəlcə beynəlxalq hüquqa hörmət edən, Ukraynanı hörmətlə yanaşan və ən əsası, Rusiyanın sadəcə geri çəkilib güclərini artırıb Ukraynaya və ya başqa bir ölkəyə hücum etməsini bir neçə il ərzində təmin etməyəcək ədalətli və davamlı bir sülh barədə razılaşmalıyıq".

Onun sözlərinə görə, belə bir sülh qurulduqda, İsveç "onun dəstəklənməsini təmin etməli olacaq, o zaman hökumətimiz heç nəyi istisna etmir".

Məlumata görə, Fransa prezidenti Emmanuel Makron 17 fevralda Ukraynadakı vəziyyəti və Avropanın təhlükəsizliyini müzakirə etmək üçün təcili zirvə görüşü keçirəcək.  

Eyni gün ABŞ-ın Dövlət Katibi Marko Rubio Səudiyyə Ərəbistanına gəlib, burada ABŞ və Rusiya nümayəndə heyətləri arasında Ukraynada müharibənin həlli ilə bağlı danışıqlar keçiriləcək.  

"Axios" nəşrinin məlumatına görə, Rusiya və ABŞ nümayəndələrinin görüşü 18 fevralda baş tutacaq.

Ukrayna prezidenti Vladimir Zelenski isə Səudiyyə Ərəbistanında keçiriləcək görüş haqqında heç bir məlumatı olmadığını bildirib və görüşün planının Kiyevin nəzarəti xaricində hazırlanmasından narahat olduğunu ifadə edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->