Xəbər lenti

İsrail ordusu hava hücumlarını planlaşdırmaq üçün süni intellektdən istifadə edir
Dünya 16:24 16.07.2023

İsrail ordusu hava hücumlarını planlaşdırmaq üçün süni intellektdən istifadə edir

İsrail Müdafiə Qüvvələri (IDF) raket və dron hücumları zamanı hədəfləri seçmək üçün süni intellektdən (AI) istifadə etməyə başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb

IDF rəsmiləri jurnalistlərə bildiriblər ki, AI çoxlu məlumat emal edir və onun tapıntıları zərbələrin hədəflərini müəyyən etmək üçün istifadə olunur. Növbəti hücumları tez bir zamanda planlaşdırmaq üçün qərarlarını əvvəllər təsdiqlənmiş hərbi zərbələrdən əldə edilən məlumatlara əsaslandıran başqa bir AI modeli istifadə olunur. O, təkcə hədəf təklif etmir, həm də sursat yükünü hesablaya və zərbələr cədvəlini tərtib edə bilər.

Müəyyən hərbi əməliyyatlarda texnologiyadan istifadə ilə bağlı məlumatlar "gizli” kimi təsnif edilir, lakin "Bloomberg" jurnalistləri bildirir ki, İsrail Müdafiə Qüvvələri 2021-ci ildə Qəzza zolağında 11 günlük münaqişə zamanı süni intellekt sistemlərindən istifadə təcrübəsi qazanıb. Xüsusilə, o zaman süni intellekt raket zərbələrinin planlaşdırılmasında tətbiq edilmiş ola bilər.

"Bloomberg" məqaləsində qeyd olunur ki, hazırda hava hücumlarının planlaşdırılmasında süni intellektdən istifadə nə beynəlxalq, nə də İsrail qanunları ilə hələ heç bir şəkildə tənzimlənmir.

2022-ci ildə İsrail ordusunun komandanlığı və ölkənin hakimiyyət orqanları süni intellektin hərbi sahəyə fəal şəkildə tətbiqi barədə qərar qəbul ediblər. Təl-Əviv Universitetinin məlumatına görə, Süni İntellekt və Elm Mərkəzi qeyd edib ki, IDF eyni anda bir neçə pilotsuz uçuş aparatı, həmçinin ARCAS hücum tüfəngi yaratmaq üçün süni intellektdən istifadə edib. Bundan əlavə, AI İsrailin beşinci nəsil See-breaker raketinin hazırlanmasında istifadə olunur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->