Xəbər lenti

İlk köç karvanı Hadrut qəsəbəsinə çatdı, açarlar təqdim edildi (FOTO)
Foto 20:33 12.09.2025

İlk köç karvanı Hadrut qəsəbəsinə çatdı, açarlar təqdim edildi (FOTO)

Sentyabrın 12-də doğma yurduna yola salınan köç karvanı Xocavənd rayonunun Hadrut qəsəbəsinə çatıb.

APA xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bu mərhələdə köçürülən 41 nəfərdən ibarət 10 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->