Xəbər lenti

Başqa heç nəyə bənzəmir: Yer 9 gün sirli siqnal aldı - Nə baş verib?
Dünya 20:14 12.09.2025

Başqa heç nəyə bənzəmir: Yer 9 gün sirli siqnal aldı - Nə baş verib?

2023-cü ilin sentyabrında seysmoloqlar planet boyunca yayılan unikal siqnal qeydə alıblar. Bu siqnal doqquz gün davam edib və adi zəlzələlərdən fərqli olaraq yalnız bir tezlikdən ibarət olub. Onu Arktikadan Antarktidaya qədər müşahidə etmək mümkün olub. Əvvəlcə alimlər bu hadisəni "USO" - naməlum seysmik obyekt adlandırıblar.

Qayanrinfo-nun məlumatına görə, beynəlxalq tədqiqatçılar müəyyən ediblər ki, səbəb Şərqi Qrenlandiyada baş verən nəhəng sürüşmədir. 16 sentyabr 2023-cü ildə Dikson fiyorduna böyük həcmdə qaya kütləsi (təxminən 10 min olimpiya hovuzuna bərabər) çöküb. Bu hadisə nəticəsində 200 metr hündürlüyündə meqa sunami yaranıb. Bu dalğa hətta Sietldəki məşhur "Space Needle" qülləsindən də uca olub.

Fiyorddakı su geriyə və irəliyə dalğalanmağa başlayaraq seyş adlanan fenomeni yaradıb. Bu titrəyişlər təxminən 10 min dəfə təkrarlanaraq doqquz gün ərzində davam edib və dünyanın müxtəlif yerlərində yerləşən seysmometrlər tərəfindən qeydə alınıb.

Alimlər hadisəni iqlim dəyişikliyi və buzlaqların əriməsi ilə əlaqələndirirlər. Ərimə nəticəsində dağ yamacları qeyri-sabit hala gəlib. Hadisənin miqyası "SWOT" peykindən əldə edilən məlumatlarla da təsdiqlənib.

London Universitet Kollecindən seysmoloq Stiven Hiks bildirib: "Bu, ilk dəfədir ki, suyun dalğalanması Yer qabığı boyunca bütün dünyada yayılan titrəyişlər kimi qeydə alınıb".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->