Xəbər lenti

İlham Zəkiyev:
İdman 19:27 16.02.2025

İlham Zəkiyev: "Məni əvəzləyən olsa, karyeramı bitirəcəyəm"

"Azərbaycanda məni əvəzləyən gənc idmançı olsa, karyeramı bitirəcəyəm. Hələlik elə birisi olmadığından, bacardığım qədər mübarizə aparacağam".

Bu sözləri Teleqraf.az-a açıqlamasında cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev deyib.

45 yaşlı idmançı karyerasından söz açıb:

"Karyeramı davam etdirməyimdə müəyyən səbəblər var. Fikrimcə, insan öz sevdiyi işlə məşğul olarkən xoşbəxtdir. Sevdiyi peşədə olmaq hər insana da nəsib olmur, Getdiyim yarışlardan medalla qayıdıram. Məni əvəz edən gənc idmançı gəlsin, mən də bilim ki, Azərbaycanda beləsi var, karyeramı bitirim. Hələ ki, elə bir şey olmadığına görə nə qədər bacarsam, çıxış edəcəyəm. Üçrəngli bayrağımızın zirvələrdə olması üçün əlimdən gələni edəcəyəm. ⁠Baş məşqçimiz var, seleksiya edərək idmançıları seçirlər. Ağır çəkidə elə bir idmançı yoxdur. Yəni, bizi əvəz edən gəlməyib. Nə qədər alınsa, çıxış edəcəyik. Allah bütün idmançılarımızı zədədən qorusun. Bu yaşda zədələnəndə gec sağalırsan. Buna baxmayaraq, Azərbaycana xidmət etməyə davam edirik".

İkiqat paralimpiya çempionu Los-Anceles-2028-də də medal qazanmağa iddialı olduğunu vurğulayıb:

"Artıq 6 dəfə Paralimpiya oyunlarında iştirak etmişəm. Onların üçündə bayraqdar olmuşam, ümumilikdə beş medalla Vətənə dönmüşəm. Afina-2004 və Pekin-2008-də qızıl, London-2012, Tokio-2020 və Paris-2024-də bürünc medal qazanmışam".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->