Gürcüstanın paytaxtı Tiflisdə keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.
Qaynarinfo xəbər verir ki, Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) çempion olub.
O, 1/4 finalda moldovalı Oleq Kretulu məğlub edib.
Zəkiyev yarımfinalda türkiyəli Gökhan Biceri və nəhayət həlledici mərhələdə moldovalı İon Basocu ipponla üstələyərək qızıl medal qazanıb.
Qeyd edək ki, Zəkiyev bununla da 9-cu dəfə Avropa çempionu adını qazanıb.
Şərhlər