Xəbər lenti

İki qardaşın barışması üçün hər şeyi etdi - Keyt gizli görüşdə göz yaşlarına boğuldu
Dünya 20:10 08.03.2025

İki qardaşın barışması üçün hər şeyi etdi - Keyt gizli görüşdə göz yaşlarına boğuldu

Beş il əvvəl Britaniya kral ailəsində uzun illər müzakirə ediləcək böyük bir böhran yaşandı. Şahzadə Harri və o zaman iki illik həyat yoldaşı olan Meqan Markl krallıq ailəsindəki vəzifələrini tərk etdiklərini və ailədən kənarda müstəqil bir həyat quracaqlarını elan etdilər.

Qaynarinfo xəbər verir ki, onların sözlərinə görə, mətbuatın daim diqqət mərkəzində olmaqdan narahatdırlar. Xüsusilə Meqan Markla qarşı yönələn bəzi fikirlər Harri üçün təhlükəli görünürdü. O, anası şahzadə Diananın paparatsilərin təqibi zamanı baş verən yol qəzasında həyatını itirdiyini xatırladaraq, "Həyat yoldaşımın da anamın taleyini yaşamasını istəmirəm" demişdi.

Cütlük azyaşlı oğulları Arçini də götürərək əvvəlcə Kanadaya, sonra isə ABŞ-a köçdü. Lakin bundan sonra verdikləri bəyanatların tam əksinə davranaraq, "Oprah Winfrey" ilə müsahibələrindən başlayaraq, Britaniya krallıq ailəsinə qarşı ağır ittihamlar irəli sürdülər.



İki qardaşın yolları ayrıldı

Bundan sonra yayımlanan televiziya proqramları, Harrinin "Spare" adlı kitabı və digər addımları ailə ilə münasibətlərin daha da kəskinləşməsinə səbəb oldu. Hər kəsin yaxşı münasibətdə olduğunu düşündüyü Uilyam və Harrinin əlaqələri tamamilə kəsildi, iki qardaş bir-birinə düşmənə çevrildi.

Bir tərəfdə kral III Çarlz və şahzadə Uilyam, digər tərəfdə isə şahzadə Harri və Meqan Markl olmaqla ailə iki qütbə ayrıldı.

Son günlər isə yeni bir iddia ortaya çıxıb. Bildirilir ki, xərçəng müalicəsini tamamlayan Uels şahzadəsi Keyt Middleton bu məsələni yenidən gündəmə gətirib. O, bir-biri ilə ünsiyyətdən qaçan və yalnız məcbur qaldıqda yan-yana gələn iki qardaşı barışdırmağa çalışır.



Gizli görüş təşkil edildi

"Mirror" qəzeti "Closer Weekly" jurnalına istinadən xəbər verir ki, Keyt Middleton gərginliyə son qoymaq üçün Harrini gizli bir görüşə dəvət edib.

İddialara görə, Keyt bir zamanlar həyat yoldaşı Uilyam və qaynı Harri ilə sıx dostluq münasibətində olduğu günləri üçün darıxır. O, bir neçə ay əvvəl Harrinin özü ilə əlaqə saxlayaraq, ailəsi ilə birlikdə planlaşdırdığı Mustique səfərindən bəhs edib və bunun onun üçün bir görüş fürsəti ola biləcəyini bildirib.

Jurnalda yer alan mənbə deyir: "Keyt bir neçə ay əvvəl Harri ilə əlaqə saxladı və ona Mustique tətil planlarından danışdı. Hətta bunun onların görüşməsi üçün yaxşı bir fürsət olacağını qeyd etdi".

İddialara görə, Harri qısa müddətlik də olsa, Mustiqueə gedib və Keytlə Uilyamın, eləcə də Keytin valideynləri Kerol və Maykl Middltonun qaldığı villanın yaxınlığında yerləşib.

Bu qeyri-rəsmi görüşün ən maraqlı tərəfi isə Harrinin 13 fevralda qardaşının ailəsinə qoşulması olub. Belə ki, Keyt onu nahara dəvət edib.

İlk başda Harri olduqca gərgin olub, lakin qardaşının övladları - Corc, Şarlotta və Lui ilə vaxt keçirəndən sonra rahatlaşıb. Nahardan sonra da orada qalaraq axşam saatlarında ayrılıb.

Keyt bu görüşün iki qardaş arasındakı buzları əritmək üçün fürsət olacağını ümid edib. Lakin iddialara görə, hadisələr onun gözlədiyi kimi inkişaf etməyib.



Uilyam soyuq davranıb, Keyt göz yaşlarını saxlaya bilməyib

İddiaların davamına görə, görüş zamanı şahzadə Uilyam olduqca soyuq və məsafəli davranıb. Üstəlik, Keyt iki qardaş arasında qalaraq bir neçə dəfə göz yaşlarına boğulub.

Keyt nə qədər çalışsa da, Uilyam qardaşına qarşı güvən problemi yaşayıb və münasibətləri yumşaltmağa meyilli olmayıb. Nəticədə, Keytin istədiyi kimi qardaşlar arasında yaxınlaşma baş verməyib.



Meqan Markl Harrinin ailəsi ilə yaxınlaşmasından narahatdır

Bu arada, Meqan Markl "Invictus Games" (İnviktus Oyunları) tədbirinin açılış mərasimində Harrinin yanında olsa da, onu orada tək qoyaraq geri qayıdıb. Cütlük hətta 14 fevral Sevgililər Gününü də ayrı keçirib.

İddialara görə, Harri həyat yoldaşı Meqan Marklın evə qayıtmasından sonra bir müddət qardaşı və onun ailəsi ilə birlikdə vaxt keçirib. Daha sonra isə 16 fevralda "Invictus Games"in bağlanış mərasiminə qatılmaq üçün Kanadaya qayıdıb.

Digər tərəfdən, Meqan Marklın Harrinin ailəsinə yaxınlaşmasından narahat olduğu bildirilir. O, əgər bu baş verərsə, özünün kənara itələnərək tək qalacağından qorxur.



Buna görə də, Harrini ailəsi ilə barışdırmağa çalışan Keyt Middletona qarşı qəzəb hissi keçirdiyi deyilir.

Keyt Middleton daha əvvəl də kral ailəsinin barışdırıcısı kimi çıxış edib. Məsələn, şahzadə Filipin dəfn mərasimində Uilyam və Harrinin az da olsa söhbət etməsini təmin etmək üçün xüsusi bir plan qurmuşdu. Lakin son baş verənlər göstərir ki, Harri və Uilyam arasındakı uçurumu aradan qaldırmaq hələ ki, mümkün olmayıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->