Xərçəng diaqnozu qoyulan İngiltərə kralı III Çarlz hələ də sağ olduğunu göstərmək üçün rəsmi səfərlə Avstraliya və Samoaya getməyə qərar verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Daily Beast"ə saray əyanlarından biri məlumat
verib.
Nəşrin məlumatına görə, III Çarlzın xərçənglə mübarizə apardığı məlum olandan kral ailəsində qüvvələr balansı pozulub. Saray məmuru şahzadə Uilyam və Keyt Middletonun bu yaxınlarda dərc edilmiş və III Çarlzın adı çəkilməyən videosunu misal çəkib. Bundan əlavə, taxt-tacın varisləri ondan nəşr üçün icazə istəməyiblər.
Saray məmurunun səəzlərinə görə, varislər özlərini elə aparırlar ki, sanki kralın çox vaxtı qalmayıb, ona görə də onun fikrini nəzərə almırlar.
Aydın
Şərhlər