Xəbər lenti

Heydər Əliyevə Ağdam Cümə məscidinin daş parçasını hədiyyə edəndə gözləri yaşardı (VİDEO)
Video 16:10 08.05.2024

Heydər Əliyevə Ağdam Cümə məscidinin daş parçasını hədiyyə edəndə gözləri yaşardı (VİDEO)

Vaxtilə Heydər Əliyevə Ağdam Cümə məscidindən gətirdiyi daş parçasını hədiyyə edən Birləşmiş Ştatlardan olan keçmiş həmsədr Kerri Kavano "İTV Xəbər”ə eksklüziv müsahibə verib. 24 il əvvələ qayıdaraq həmin anları xatırlayan Kavano indi sülhə həmişəkindən daha yaxın olduğumuzu bildirib. O, dünyada hökm sürən siyasi gərginliyin Qafqazın geosiyasi reallıqlarına necə təsir göstərəcəyi ilə bağlı fikirlərini də bölüşüb.

Ötən həftə Prezident İlham Əliyevin Ağdamda Cümə məscidinin açılışında iştirak etdiyini görmək məni sevindirdi. Məscidin bərpa olunduğunu və insanların oraya qayıdıb dua edə biləcəyini görmək çox gözəl hissdir.

Müsahibimiz ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Kerri KAvano fəaliyyətini dayandırmış Minsk Qrupunun keçmiş amerikalı həmsədri olub. Kavano 2000-ci ildə Ulu öndər Heydər Əliyevə Ağdam Cümə məscidinə aid olan daş parçasını hədiyyə edib. O "Bu, bizim bərpa etmək arzusunda olduğumuz torpağın bir hissəsidir” dediyi sözləri ilə yaddaşlarımızda qalıb.

2000-ci ildə Bakıdaydıq. Prezident Heydər Əliyev Minsk qrupunun həmsədrləri ilə görüşmək üçün vaxt ayırmışdı. Bu, onun doğum günündən bir gün əvvəl idi. Yadımdadır, görüş otağında idık, ayağa qalxdım, ona yaxınlaşaraq Ağdam Cümə məscidinə aid kiçik daş parçasını təqdim etdim. Mən Minsk qrupunun həmsədri kimi Ağdama səfər edərkən həmin daş parçasını götürmüşdüm. Bu, Əliyevi qəhərləndirdi. Düşünürəm ki, bu, iki səbəbə görə baş verdi: o evlərini tərk etmək məcburiyyətində qalan insanlar barədə narahat idi.  Digər səbəb isə o idi ki, biz o zaman sülhə yaxın idik. Müzakirələr ümidverici idi. Və məncə bu, ona təsir etmişdi. Yadımdaır, o bildirdi ki, bu daş parçası Ağdama qayıdacaq və məscid bərpa olunacaq. Mən də dedim ki, kömək edəcəyik, çünki o vaxt belə niyyətimiz var idi. Təəssüf edirəm ki, o vəfat etdi və o zaman sülhə nail ola bilmədik.  Növbəti dəfə Azərbaycanda olarkən Cümə məscidinə yenidən baş çəkəcəyimə ümid edirəm.

Artıq Qarabağ işğaldan azad edilib, Ağdam Cümə məscidində azan səslənir, bayram namazları qılınır. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan indi Ermənistanla sülhə çox yaxındır.

"Hesab edirəm ki, sülhə nail olmaq perspektivi böyükdür. Ötən həftə Prezident İlham Əliyev sülhə həmişəkindən daha yaxın olduqlarını deyib. Həmçinin, hər iki ölkənin xarici işlər nazirləri Qazaxıstanda görüşməlidirlər. Sərhədin demarkasiyası ilə bağlı irəliləyiş var. Bunlar yaxşı əlamətlərdir”.

 Dünyada bir neçə müharibənin davam etdiyini vurğulayan keçmiş diplomat Qafqazda yeni geosiyasi reallıqların sülhə müsbət təsir edəcəyi qənaətindədir.

Hazırda dünya çox çətin vəziyyətdədir. Bir neçə müharibə gedir. Beynəlxalq ictimaiyyətin diqqəti buna yönəlib. Bu, effektiv sülh nizamlanmasına nail olunmasının vacibliyini göstərir. Misal üçün, İsraillə Qəzza arasındakı vəziyyət kimi. Bu da həll olunmamış münaqişədir. Onilliklərdir ki, problemin həlli üzərində işlər gedir, lakin münaqişə hamı üçün əlverişli şəkildə həll olunmayana qədər, yenidən başlaya bilər. Və biz bilirik ki, bu, təhlükəlidir. Çünki həll olunmayan münaqişələrin yenidən nə vaxt başalayacağını və onun nətəcələrinin necə olacağını bilmək mümkün deyil. Əsas məsələ sülh yolu ilə nizamlanmaya nail olmaqdır. Buna görə də mən ötən həftə Prezident İlham Əliyevin mümkün sülh haqqında danışmasından çox məmnunam. Onun və Paşinyanın sülh nizamlanmasının necə olacağına dair ümumi baxışı var. Məscidin bərpasının şahidi olduq, ümid edirəm ki, sülh razılaşmasının da əldə olunacağını görəcəyik. Bunun ilk əlaməti Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyasında əldə olunan irəliləyişdir”

İllər öncə Qarabağın işğal altında qalmasına şahidlik edirdik. Lakin artıq Qarabağ azaddır. Azad Qarabağın onilliklər boyu işğal atında olan və vandalizmə məruz qalan abidələri təmir olunur, dini ayinlər həyata keçirilir. Ağdamın cümə məscidində olduğu kimi.
 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->