Abşeron rayonunda hündürmərtəbəli binaların tikintisi ilə məşğul olan "Progress-2016" Mənzil Tikinti Kooperativi məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, iddiaçılar Səməndərov Tofiq Barat oğlu və Məcidova Vəfa Rafiq qızıdır.
Cavabdehlərdən biri də "Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundovdur.
İşə Abşeron Rayon Məhkəməsinin hakimi Məlahət Abbasovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, 2022-ci ildə qanunsuz mənzil satışı ilə məşğul olmağa görə "Progress-2016" MTK-nın direktoru, iş adamı Səməndərov Emil Tofiq oğlu həbs edilib. Elə həmin il Emil Səməndərov Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əhməd
Şərhlər