Bolqarıstanın Baş naziri Rosen Jelyazkov hökumətini istefaya göndərib. Buna səbəb ötən gün əvvəl Bolqarıstanın böyük şəhərlərində kabinetin istefası tələbi ilə kütləvi etirazlar keçirilməsi olub.
Qaynarinfo xəbər verir ki, Rosen Jelyazkov hökumətinin etirazçıların tələblərinə qulaq asdığını bildirib.
"Hazırda, Konstitusiyada göstərildiyi kimi, güc xalqın səsindən gəlir. Biz hökumətə qarşı etiraz edən vətəndaşların səsini eşidirik. Kabinet Avropa yolunda birləşən müxtəlif partiyalar tərəfindən formalaşdırılıb. Bolqarıstan ən sabit birliyi - Aİ-ni quran ölkələrin bir hissəsi olmalıdır", deyə Rosen Jelyazkov qeyd edib.
Rosen Jelyazkov hökumətinin istefasını parlamentdə elan edib. Bu, hökumətə qarşı altıncı etimadsızlıq səsverməsinin başlamasından əvvəl baş verib.
10 dekabrda baş verən etirazlar yüz minlərlə vətəndaşı cəlb edib. Toplananlar 2026-cı il üçün büdcə layihəsinə qarşı olduqlarını bildiriblər. Onlar hökumətin istefasını, növbədənkənar parlament seçkilərinin keçirilməsini, ölkənin idarəetmə modelində dəyişiklik edilməsini və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini tələb ediblər.
Aydın
Şərhlər