Xəbər lenti

Hacı Əliyev mayor rütbəsi aldı (FOTO)
İdman 12:12 15.04.2026

Hacı Əliyev mayor rütbəsi aldı (FOTO)

Güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mayor rütbəsi alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə idmançı özü instaqram hesabında paylaşım edib. 

O bildirib ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev ona mayor rütbəsi verib: 

"Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Hacı Əliyev olaraq Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir. Göstərilən etimada görə təşəkkür edir, vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm”.
 

--> -->