Gəmidə həkim kimi fəaliyyət göstərən Tural Sadıqovun itkin düşdüyü deyilir. Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Paylaşımda bildirilib ki, o, 27 gündür itkin düşüb.
"Bu gün 27 gündür səndən heç bir xəbər ala bilmirik. Həkim əmimin, həkim oğlu, avqustda 33 yaşını gəmidə qeyd etdin, sentyabrda Xəzər səni aldı, yaraşıqlı Turalımız. 27 gündür atanın, ananın, ailənin, hamımızın gözü yoldadır, ağıllı, savadlı, uşaqla uşaq, böyüklə böyük olan, həkim Turalımız... Gəmidə həkim olmağı özün seçmişdin, ailən istəməsə də... Çünki atanın səninlə bağlı daha böyük arzuları vardı. Evin, işin bildiyin dəniz səni qopardı bu həyatdan", deyə paylaşımda qeyd olunub.
Tural Sadıqovun itkin düşməsi ilə əlaqədar aidiyyəti qurumlara sorğular ünvanlanıb.//oxu.az
Şərhlər