Tədqiqatçılar 2050-ci ildə tipik bir "influencer”in necə görünə biləcəyini göstərən maraqlı bir illüstrasiya hazırlayıb.
Qaynarinfo xəbər verir ki, "Newsweek"in məlumatına görə, influencerlər çox vaxt marka anlaşmaları, lüks istirahətlər, milyonlarla izləyici və hədiyyələrlə dolu cazibədar həyat tərzi ilə tanınsalar da, bu həyat həm də ciddi fiziki risklər daşıyır.
Hazırlanan model isə bu risklərin nəticəsini əks etdirir. "Ava” adı verilən prototip, bu günün tipik influencer obrazından tamamilə fərqlənir.
İllüstrasiyada "Ava" qamət problemi ilə təsvir olunub. Onun üzü nisbətsiz görünür, dərisində ləkələr, saçlarında seyrəklik, gözlərində isə şişkinlik müşahidə olunur. Alimlərə görə, bu dəyişikliklərin böyük hissəsi uzun müddət telefon və ekran istifadəsindən qaynaqlanır.
Araşdırmaya əsasən:
* Dərinin zədələnməsi – gündəlik kosmetik vasitələrdən və tez-tez dəyişən qulluq məhsullarından yaranan "kontakt dermatit”lə əlaqələndirilir.
* Sürətli qocalma əlamətləri – LED işıqların və ekranların təsirindən sürətlənib.
* Göz problemləri – uzun müddətli rəqəmsal yorğunluq Ava-nın qara halqalarına və gözaltı şişkinliyinə səbəb olub.
Aydın
Şərhlər