Xəbər lenti

Fransa prezidenti İrəvan və Bakıya hansı təkliflə gəlir? (ŞƏRH)
Dünya 18:17 06.09.2023

Fransa prezidenti İrəvan və Bakıya hansı təkliflə gəlir? (ŞƏRH)

"Makronun İrəvana nəzərdə tutulmuş səfəri Rusiyaya qarşı hesablanmış addımdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə erməni mətbuatında Fransa prezidenti Emmanuel Makronun İrəvan və Bakıya səfəri ilə bağlı dərc edilən xəbəri şərh edərkən deyib. 

İlqar Vəlizadə qeyd edib ki, bununla bağlı konkret fikir söyləmək üçün ilk növbədə Makronun gəlişini və səfərinin nəticələrini gözləməliyik: 

"Yayılan xəbərlərdə qeyd olunub ki, Makron İrəvandan sonra Bakıya da gələ bilər. Bu səfərlə bağlı rəsmi açıqlamalar verilməyib. Bu iki ölkənin işidir. Ona görə də Makronun gəlib-gəlməməsi və gəlsə, hansı təkliflərlə çıxş edəcəyi hələlik dəqiq deyil. Əgər o, burada qıcıqlandırıcı bəyanatlarla çıxış etsə, Bakı sözsüz ki, reaksiya verəcək”.

Politoloq vurğulayıb ki, Ermənistan baş nazirinin İtaliya qəzetinə verdiyi müsahibə, səsləndirdiyi fikirlər, Makronun İrəvana gəlişi, bunlar hamısı zəncirin bir həlqəsidir və daha çox Rusiyaya qarşı hesablanmış addımdır.

"Ona görə də Makronun Ermənistana gəlişi daha çox Moskvanı narahat edir”,- deyə İ. Vəlizadə bildirib.

Qeyd edək ki, Ermənistanın "Alpha News” saytı Fransa prezidenti Emmanuel Makronun bu həftənin sonunda Ermənistana gələcəyini bildirib. Səfər sentyabrın 9-10-na planlaşdırılıb. Hətta sayta məlumat verən mənbə iddia edir ki, İrəvandan sonra Makron Bakıya gələcək. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->