Dünya şöhrətli futbolçu, Ukrayna milli komandasının sabiq üzvü və məşqçisi Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının (UFA) yeni prezidenti seçilib.
	
Qaynarinfo NV-yə istinadən xəbər verir ki, Şevçenko UFA-nın növbədənkənar XXVI qurultayında
 seçilib.
	
Ukrayna futbolunun yeni rəhbərinin seçilməsi formal xarakter daşıyıb, belə ki, o, seçkilərdə yeganə namizəd olub. 
 
	
Onun lehinə iclas iştirakçılarının 93-ü səs verib. 
	
UEFA-nın əvvəlki prezidenti Andrey Pavelko futbol meydançalarının tikintisi zamanı vəsaitlərin mənimsənilməsi şübhəsi ilə hazırda həbsdədir.
	
Nizami Bağırov
             
            
Şərhlər