Xəbər lenti

Ev kirayəsi ilə bağlı dələduzluq halları artır: Nə etmək lazımdır?
Video 09:24 01.08.2025

Ev kirayəsi ilə bağlı dələduzluq halları artır: Nə etmək lazımdır?

Kirayələmək istədiyi evə görə 240 manat ziyana düşüb. Söhbət paytaxt sakini Aruz Əliyevdən gedir.

Onun sözlərinə görə, elan saytında görüb, bəyəndiyi ev üçün göndərdiyi 240 manat behi batıb. Başqa sözlə, elan sahibi onu aldadıb. 

Aruz məsələ ilə bağlı 102 qaynar xəttinə, həmçinin Nərimanov rayon 17-ci polis bölməsinə müraciət edib. Onun şikayətinin əsaslı şəkildə araşdırılacağı deyilib. O ki, tək məqsədi pulun geri ödənilməsi deyil, o, başqalarının da aldanmamasını istəyir. 

"Xəzər TV" iddialarla bağlı sözgedən elanda yerləşən mobil nömrə ilə əlaqə saxlamaq istəsə də, bu mümkün olmayıb.

Turizm üzrə ekspert Rəhman Quliyev isə bu məsələdə aldanmamağın əsas yolları barədə danışıb. Bildirib ki, ilk növbədə, yaxşı olar ki, sifarişçi evin müvafiq sənədlərini qarşı tərəfdən tələb etsin. Çünkü xüsusilə yay aylarında dələduzlar tərəfindən bu cür şirnikləşdirici elanlar vasitəsi ilə aldadılma halları olur. Tələbat və qiymətlərin artması dələduzlar üçün əsl fürsətə çevirilir. Ekspert tövsiyə edir ki, ev kirayələmək istəyənlər yalnız rəsmi platformalardan istifadə etsinlər. Evi yerində görmədən, heç bir sənəd olmadan, qabaqcadan pul göndərmək risklidir. 

Ekspert onu da qeyd etdi ki, rəsmi müqavilələrin bağlanması gələcəkdə yaranacaq problemlərin hüquq müstəvisində həllinə də kömək ola bilər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->