Xəbər lenti

Ekonomiks 17:01 10.05.2024

"Şərurlu İsfəndiyar" hansı qanun pozuntusuna yol verib? - Dövlət xidməti iş adamını cərimləyib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tikinti maqnati, "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundovu cərimələyib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş adamına İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazılıb. 

Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. 

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

İsfəndiyar Axundovun hansı məbləğdə cərimləndiyi bəlli deyil. Məlumatda bildirilir ki, iş adamı dövlət xidmətinin qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Onun şikayətinə Nərimanov Rayon Məhkəməsində baxılacaq. İş Hafiz Kamranovun icraatındadır. 

İsfəndiyar Axundov "Şərur" Mənzil-Tikinti Kooperativinin (MTK) sahibidir. "Şərur" MTK Bakıda hündürmərtəbəli yaşayış binaları tikir. 

İsfəndiyar Axundov bir müddət öncə oğlunun 650 min dollara "Lamborghini" markalı avtomobil alması ilə gündəmə gəlmişdi. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->