Xəbər lenti

Ermənistan su qənaətinə keçdi: Yeraltı suların istifadəsi 37 faiz azaldıldı
Ölkə 20:25 26.01.2026

Ermənistan su qənaətinə keçdi: Yeraltı suların istifadəsi 37 faiz azaldıldı

Ermənistanda yeraltı suların istifadəsi 36,5% azaldılır.

Qaynarinfo xəbər verir ki, bu barədə Ətraf mühit naziri Hambardzum Matevosyan məlumat verib.

O bu qərarın  su ehtiyatlarının qorunmasına və onların səmərəli, balanslı istifadəsinin təmin edilməsinə yönəldiyini bildirib.

Nazir qeyd edib ki, 2025-ci ildə Ararat düzənliyində səkkiz istehsal quyusu bağlanıb, 25-i isə açıq qalıb.  Bununla da təxminən 34,5 milyon kubmetr suya qənaət edilib:

Dövlət ehtiyatlarından sudan istifadə üçün icazələr yalnız zəruri hallarda veriləcək:

"icazələr içməli su təchizatı və ya suvarma üçün vacib olduqda, həmçinin  bölgədə alternativ su mənbələri olmadığı təqdirdə veriləcək"- deyə nazir vurğulayıb.

Qafqaz

 
 

 

 

--> -->