Ər-arvadın bir-birininə lağ etməsi məhkəmə predmeti ola bilər (VİDEO)
Ailə daxilində ər və arvad arasında olan müahisə mənəvi zərərə, mənəvi zərər isə təzminata çevrilə bilər. Hətta tərəflərin birinin digərinin xarici görünüşünə lağ etməsi də məsuliyyət yaradır.
Ali Məhkəmənin 24 dekabr 2025-ci il tarixli Plenum Qərarı ailə daxilində mənəvi zərərin ödənilməsi hallarını konkretləşdirib.
Qərarın mahiyyəti ondan ibarətdir ki, nikah tərəflərə bir-birinin şəxsi toxunulmazlığını və ləyaqətini pozmaq hüququ vermir.
Xüsusi diqqət çəkən məqamlardan biri atalıq faktının mübahisələndirilməsi ilə bağlıdır. Əgər bir şəxs illərlə öz övladı kimi böyütdüyü uşağın bioloji atası olmadığını öyrənərsə, bu, onun şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirilə bilər. Eyni zamanda, arvadın ləyaqətini ləkələmək məqsədilə qaldırılan əsassız atalıq iddiaları da qarşı tərəfə mənəvi təzminat tələb etmək hüququ verir.
Mənəvi zərərin qiymətləndirilməsi hər bir fərdi hal üzrə subyektiv və obyektiv meyarlar əsasında aparılacaq. Tərəflərdən birinin əsaslı sübutla məhkəməyə müraciət etməsi ittihamçı olmaq üçün kifayət edir.
Hüquqşünaslar bildirirlər ki, bu qərar ailə münasibətlərində daha yüksək etik standartların formalaşmasına və məsuliyyətsiz davranışların qarşısının alınmasına xidmət edir.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər