Xəbər lenti

“Elite Optimal”dan 21 min manatlıq “İphone” oğurlandı
Ölkə 13:59 28.10.2025

“Elite Optimal”dan 21 min manatlıq “İphone” oğurlandı

Xətai rayonu M.Hadi küçəsində faəaliyyət göstərən "Elite Optimal" mağazasında oğurluq baş verib. 

Qaynarinfo xəbər verir ki, mağazadan qiyməti 21 799,92 manatlıq "Apple” markalı müxtəlif modeldə telefon oğurlanıb. 

Hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Laçın Qurbanov (ad və soyad şərtidir) şəxs saxlanılıb. 

İlkin dindirmə zamanı o əməlini etiraf edib. Laçın Qurbanova Cinayət Məcəlləsinin  177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinə Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə baxılıb. 

Məhkəmə zamanı Laçın Qurbanov verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlini maddi sıxıntıları ilə əlaqələndirib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Əvvəllər "Optimal” adı ilə faəliyyət göstərən "Elite Optimal” mağazası "Optimal Elektronika” şirkətinə məxsus olub. Lakin 2023-cü ildə "Optimal Elektronika” şirkətinin sahibi olduğu "Optimal” mağazalar şəbəkəsi Gürcüstanın "Elit Elektorniks” şirkətinə satılıb. 

Bundan sonra "Optimal” mağazalarının adı "Elite Optimal” adlandırılıb. "Optimal Elektronika” şirkətini isə "Elit EO” MMC əvəz edib. 

"Elit EO” MMC 5 yanvar 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Şirkətin qanuni təmsilçisi Lado Jobavadır. O həm də Gürcüstanda fəaliyyət göstərən "Elit Elektroniks” şirkətinin icraçı direktorudur. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->