Bu gün saat 17:00 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 7 nəfər (6-sı kişi cinsli, 1-i qadın cinsli olmaqla) hospitalizasiya olunub.
Bu barədə Qaynarinfo-ya TƏBİB-dən bildirilib.
Hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta-stabil olaraq qiymətləndirilir.
18:00
Şəki rayonunda yük maşını ilə mikroavtobus toqquşub, xəsarət alanlar var
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki şəhəri Salman Mümtaz küçəsində qeydə alınıb.
Belə ki, "Ford” markalı yük maşını ilə "Mercedes Vito” markalı mikroavtobusun toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Şərhlər