Xəbər lenti

Əhali restoran və kafelərdə nə qədər pul xərcləyib?
Ekonomiks 20:57 15.11.2025

Əhali restoran və kafelərdə nə qədər pul xərcləyib?

İctimai iaşə sektorunda 19%-dən çox artım qeydə alınıb.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə xidmətlərinin ümumi dövriyyəsi 2 milyard 239 milyon 272,7 min manat təşkil edib.

Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 362 milyon 258,5 min manat və ya 19,30% artım deməkdir. 2024-cü ilin müvafiq dövründə dövriyyə 1 milyard 877 milyon 14,2 min manat olub.

Dövriyyənin 18 milyon 480,5 min manatı dövlət, 2 milyard 220 milyon 792,2 min manatı isə qeyri-dövlət sektorunun payına düşüb.

Ötən ilin eyni dövründə bu göstəricilər dövlət sektoru üzrə 17 milyon 67,3 min manat, qeyri-dövlət sektoru üzrə isə 1 milyard 859 milyon 946,9 min manat təşkil edib.

Beləliklə, dövlət mülkiyyəti üzrə dövriyyə 1 milyon 413,2 min manat və ya 8,28%, qeyri-dövlət sektoru üzrə isə 360 milyon 845,3 min manat və ya 19,40% artıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->