Ukrayna millisinin hücumçusu Artyom Dovbik "Barselona"nın onun transferi ilə bağlı danışıqlar apardığını etiraf edib.
Qaynarinfo xəbər verir verir ki, o bu barədə NV-yə müsahibəsində deyib.
- İndi "Barselona" kontekstində sənin haqqında çox danışılır, deyirlər ki, Xavi sənin gəlişini çox istəyirmiş. Bu, nə dərəcədə doğrudur? Xavi ilə əlaqəniz olubmu?
- Xavi ilə olmayıb, amma danışıqlar gedirdi.
- "Barselona”dan olanlarla?
- Bəli. "Barselona”ya qarşı iki matçda çox yaxşı oynadım və belə başa düşdüyümə görə, klublar arasında bəzi söhbətlər olub.
- Üslubla bağlı fikirləriniz necədir - hazırda "Real Madrid”ə, yoxsa "Barselona”ya üstünlük verirsiniz?
- "Barselona”ya... Bu komandalar burada ağlımıza gələ bilməyəcək komandalardır. Onların elə oyunçuları var ki, baxmayaraq, "Barselona” artıq əvvəlki kimi deyil, amma çox yüksək səviyyəli oyunçulardır – Gündoğan, Levandovski, gənc Yamal.
Xatırladaq ki, Dovbik "Jirona”nın oyunçusu kimi 36 oyuna 24 qol vuraraq La Liqanın bombardiri olub.
Alpər
Şərhlər