Xəbər lenti

Donald Tusk: Rusiya bir neçə ay ərzində NATO-ya hücum edə bilər
Dünya 14:43 24.04.2026

Donald Tusk: Rusiya bir neçə ay ərzində NATO-ya hücum edə bilər

Polşanın baş naziri Donald Tusk bildirib ki, Rusiya qısa müddət ərzində NATO ölkəsinə hücum edə bilər — bu, illər deyil, aylar məsələsidir. O, həmçinin belə bir hücum halında ABŞ-ın Avropanı müdafiə etmək üzrə öhdəliklərini yerinə yetirib-yetirməyəcəyi ilə bağlı narahatlığını ifadə edib.

Qaynarinfo xəbər verir ki, bu barədə o, bu barədə "Financial Times”a müsahibəsində danışıb.

"Bütün şərq qanadı üçün, mənim qonşularım üçün əsas sual NATO-nun hələ də siyasi və logistik baxımdan Rusiyaya qarşı mümkün hücuma cavab verməyə hazır bir təşkilat olub-olmamasıdır”, deyə Tusk qeyd edib.

Baş nazir vurğulayıb ki, onun sözləri NATO-nun 5-ci maddəsinə skeptisizm kimi deyil, daha çox kağız üzərində olan zəmanətlərin real və praktik mexanizmlərə çevrilməsinə ümid kimi anlaşılmalıdır.

"Bu, həqiqətən də ciddidir. Mən qısa müddətdən danışıram, illərdən yox, daha çox aylardan", deyə o, mümkün Rusiya hücumuna işarə edərək bildirib.

Tusk ABŞ–Polşa münasibətlərinə dair heç bir kompleksinin olmadığını, lakin bu əlaqələrin real təhlükə zamanı necə işləyəcəyinin sual doğurduğunu deyib.

"Mən istəyirəm ki, 5-ci maddə hələ də qüvvədə olsun, amma bəzən təbii ki, suallar yaranır. Mən pessimist olmaq istəmirəm, amma bu gün bizə həm də praktik kontekst lazımdır", deyə o əlavə edib.

O, keçən il təxminən 20 Rusiya pilotsuz uçuş aparatının Polşanın hava məkanını pozmasını xatırladıb və bəzi NATO müttəfiqlərinin bunu hücum kimi qəbul etmək istəmədiyini bildirib:

"Rusiya pilotsuz aparatları ilə kifayət qədər genişmiqyaslı təxribat etdiyi gecə mənim üçün çətin oldu. Bunun təsadüfi yox, Polşaya qarşı planlaşdırılmış provokasiya olduğunu NATO tərəfdaşlarına izah etmək asan deyildi".

Onun sözlərinə görə, bəzi müttəfiqlər heç nə olmamış kimi davranmağa üstünlük verirdilər:

"Əgər nəsə baş verərsə, Rusiya bilməlidir ki, cavab sərt və qəti olacaq".

O əlavə edib ki, Avropanın belə bir təhlükəyə qarşı müdafiə qabiliyyəti üçün real hərbi imkanlar, müdafiə vasitələri və orduların ölkələr arasında sürətli hərəkəti vacibdir.

"Paradoksal olsa da, Ukrayna müharibəsinin müsbət tərəflərindən biri odur ki, Avropa getdikcə daha çox anlayır ki, biz müdafiə və hərbi məsələlərdə birlikdə hərəkət etməliyik", deyə Tusk bildirib.

Aydın
--> -->