Xəbər lenti

Dövlət qurumu təhlükəsizlik standartlarını pozmaqda ittiham edilir
Ekonomiks 17:51 28.10.2024

Dövlət qurumu təhlükəsizlik standartlarını pozmaqda ittiham edilir

Əmlak Məsələləri Dövlət Xidməti inzibati məsuliyyətə cəlb edilib.

Qaynarinfo-nun məlumatına görə, qurum İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə ittiham edilir. 

İşə Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq. 

518.1-ci maddəyə əsasən, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar 50 manatdan 150 manatadək, hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->