Xəbər lenti

Dövlət Dəniz və Liman Agentliyi gəmilərə xəbərdarlıq etdi
Ölkə 20:21 12.12.2025

Dövlət Dəniz və Liman Agentliyi gəmilərə xəbərdarlıq etdi

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.   

Bununla bağlı, Qaynarinfo-ya Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.
Xəbərdarlığa əsasən, dekabrın 13-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi 14-ü gündüz saatlarına kimi davam edəcək.
 
Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 28-33 m/s, açıq dənizdə isə 35-38 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün  3.0-4.0 m, sonrakı inkişafda 5.5-7.5 m. çatacağı proqnozlaşdırılır.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->