Xəbər lenti

Dövlət Agentliyinin sədri işdən çıxarıldı - Yeni təyinat
Ekonomiks 16:00 23.02.2026

Dövlət Agentliyinin sədri işdən çıxarıldı - Yeni təyinat

Elnur İbrahimov Naxçıvan Muxtar Respublikası (MR) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq sərəncam imzalayıb.

Digər bir sərəncamla isə həmin vəzifənin müvəqqəti icrası Agentliyin İdarə Heyəti sədrinin müavini Vüsal Cəmil oğlu Məmmədova həvalə edilib.

Qeyd edək ki, Elnur İbrahimov 2023-cü il mayın 2-də "Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsin direktoru təyin edilmişdi.
--> -->