Xəbər lenti

Dörd Aİ ölkəsi Gürcüstanla vizaların liberallaşdırılmasını dayandırmağı tələb edir
Dünya 16:43 29.06.2024

Dörd Aİ ölkəsi Gürcüstanla vizaların liberallaşdırılmasını dayandırmağı tələb edir

Avropa Parlamentinin deputatı Marketa Qreqorova bildirib ki, dörd ölkə Gürcüstana qarşı sanksiyaların tətbiqini, xüsusilə də ölkə ilə vizaların liberallaşdırılmasının dayandırılmasını tələb edir.

Qaynarinfo xəbər verir ki, onun bəyanatını SOVA portalı yayıb.

Qreqovoraya görə, bu ölkələr Estoniya, Niderland, Çexiya və İsveçdir.

Onun sözlərinə görə, onlar Gürcüstana qarşı sanksiyaların tətbiqinə və "xarici agentlər" qanununa cavab olaraq vizaların liberallaşdırılmasının dayandırılmasına çağırırlar.

Eyni zamanda deputat qeyd edib ki, bu dörd dövlətin ideyalarına çoxluğun dəstəyi yoxdur.

"Ümumilikdə məni yalnız "xarici agentlər" qanunu deyil, həm də Vergi Məcəlləsindəki dəyişikliklər qanunu narahat edir, bu qanun əslində rusiyalı oliqarxların sanksiyalardan qaçmasına imkan verəcək. Beləliklə, bu qanunlar çox narahatedici bir tendensiyanı – Gürcüstanın Rusiyaya meylləndiyini göstərir", – deyə Avropa Parlamentinin deputatı bildirib.

Xatırladaq ki, cümə axşamı Aİ sammiti "xarici agentlər" qanununa görə Gürcüstanın Avropa İttifaqına daxil olmasının faktiki olaraq dayandırıldığını bəyan edib.

Daha əvvəl Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrel bildirib ki, Avropa İttifaqı Gürcüstanın daha da antidemokratik kursunu davam etdirəcəyi təqdirdə, ona qarşı tədbirlər təkliflərini hazırlayıb.

Bundan əlavə, AŞPA Gürcüstanı qalmaqallı "xarici agentlər" qanununu dərhal ləğv etməyə çağırıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->