Xəbər lenti

DGK Abid Şərifovun şirkətinə protokol yazdı
Ekonomiks 16:50 26.07.2024

DGK Abid Şərifovun şirkətinə protokol yazdı

Dövlət Gömrük Komitəsi "Avro-Asiya İnşaat Korporasiyası "Evrascon" Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində inzibati protokol tərtib edib. 

Qaynarinfo-nun məlumatına görə, ASC İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə ittiham edilir. 

İşə Yasamal Rayon Məhkəməsində baxılacaq. 

Rəşad Cavadzadə iş üzrə hakim təyin edilib. Məhkəmə iclasının vaxtı hələ müəyyən edilməyib. 

483-cü maddəyə əsasən, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə edilir.

"Evrascon” şirkətinin baş nazirin keçmiş müavini Abid Şərifova məxsus olduğu bildirilir. Onun biznesi haqqında mediada dərc edilən araşdırma materiallarında qeyd olunur ki, Abid Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı "Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir. 

Abid Şərifov 1995-2018-ci illərdə baş nazirin müavini vəzifəsində çalışıb.

"Evrascon" həm Azərbaycanda, həm də xaricdə iri layihələr həyata keçirib. Şirkət inşaat sektorunda fəaliyyət göstərir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->