Dövlət Gömrük Komitəsinin (DGK) Tibb Xidməti qalmaqallı şirkət kimi tanınan "Urmedhelp” MMC-ni məhkəməyə verib.
Qaynarinfo-nun məlumatına görə, tərəflərin məhkəmədə üz-üzə gəlməsi podrat müqaviləsinə dair mübahisələrlə əlaqədardır.
Tibb Xidmətinin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. İş hakim Ülkər Həsənovanın icraatındadır.
"Urmedhelp” şirkətinin rəhbəri Nuridə Seyidova bir müddət əvvəl dələduzluğa görə mühakimə olunub. İttihama görə, Nuridə Seyidova tamah niyyəti, aldatma yolu ilə təsisçisi və direktoru olduğu "Urmedhelp" MMC və "My Doc Tour Medical Tourism" şirkətləri adından zərərçəkmiş şəxslərin yaxınlarına qarşı Türkiyədə əməliyyat olunmağa köməklik göstərəcəyi vədi verərək dələduzluq edib. İş üzrə 36 zərərçəkmiş şəxsə ümumilikdə 980 min manat ziyan dəyib.
Seyid
Şərhlər