"Gəlin qəbul edək ki, müəllim dövlətin sütunudur, millətin qurucusudur, onun savadlı gələcəyinin memarıdır".
Qaynarinfo xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Zahid Oruc deyib:
Zahid Oruc bildirib ki, müəllimin nüfuzu sarsılarsa, nizam pozular, ən kiçik mübahisədə öyrədənini haqsız və günahkar çıxaran xalqın gələcəyi ola bilməz.
"Silahlı zorakılıqlqarda müəllimi günahlandırmaq, istənilən hadisədə öyrədənini linç etmək bizə Qərb məktəblərindəki qətliamları nümunə göstərməkdir. Əlbəttə, onunla da razıyıq ki, yalnız test sisteminə arxalandığımız və repetitorluqdan keçən gənc müəllimləri irəli çəkib, 65 yaşı tamam olan kimi təhsil sistemindən kənarda qoyduğumuz, Makarenko təlimi görmüş müdrik pedaqoqlara gəlin, yenidən qiymət verək. Uşaqların çətinləşən qəbul imtahanları fonunda nəinki asudə vaxta, normal fiziki qidalanmaya zamanı qalmır. Ona görə də psixoloji keçid mərhələsində olan yeniyetmələri repetitorlara məhkum etməyin nəticələrini dərin elmi araşdırmalarla təhlil etməliyik", deyə deputat vurğulayıb
Qafqaz Rafiqoğlu
Şərhlər