Xəbər lenti

Bakıda gömrük terminalının dayanacağında avtomobillərin altında meyit tapıldı
Ölkə 12:27 20.02.2026

Bakıda gömrük terminalının dayanacağında avtomobillərin altında meyit tapıldı

Bakıda gömrük terminalında meyit tapılıb.

Qaynarinfo xəbər verir ki, hadisə fevralın 19-da qeydə alınıb. Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində yerləşən Gömrük Terminalının dayanacağında avtomobillərin altında Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Ələddin İsrafilovun meyiti tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

Araşdırma aparılır.

--> -->