Su təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addım atılır. İlk dəfə olaraq dəniz suyunun duzsuzlaşdırılması hesabına içməli su istehsal ediləcək. Bu, Bakı şəhəri və Abşeron yarımadasında faktiki istifadə olunan suyun 25 faizini təşkil edəcək.
Mütəxəssislər bildirirlər ki, bu layihə gələcəkdə ölkənin su təhlükəsizliyinə ciddi töhfə verəcək. Artıq işlərə başlanılıb, ərazi seçilib və ilkin hazırlıq mərhələsi başa çatdırılıb.
Proqnozlara əsasən, layihənin 2028-ci ilin sonuna qədər tam şəkildə istifadəyə verilməsi nəzərdə tutulur.
Ekoloq Rövşən Abbasov bildirir ki, layihənin ekoloji baxımdan da əhəmiyyəti böyükdür. Onun fikrincə, dəniz suyunun istifadəsi ölkənin mövcud şirin su mənbələrinə düşən yükü xeyli azaldacaq.
Beləliklə, dəniz suyunun duzsuzlaşdırılması layihəsi təkcə paytaxt və Abşeron üçün alternativ içməli su mənbəyi yaratmır, eyni zamanda, ölkənin əsas su hövzələrinin qorunmasına və ekoloji tarazlığın saxlanılmasına xidmət edir.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.
Şərhlər