Xəbər lenti

Demi Mur keçmiş əri Brüs Villislə bağlı yeni məlumatlar verdi
Sənət 23:55 14.10.2024

Demi Mur keçmiş əri Brüs Villislə bağlı yeni məlumatlar verdi

Ağır xəstəlikdən əziyyət çəkən aktyor Brüs Villisin sağlamlığının pisləşməsi ilə bağlı xəbərlərdən sonra, onun keçmiş həyat yoldaşı Demi Mur yeni bir açıqlama verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb.

Amerikalı aktrisa, bütün pərəstişkarlarını rahatlatmaq qərarına gəlib və qeyd edib ki, "Qətiyyətli" ulduz hazırda stabil vəziyyətdədir. Həmçinin, Brüs son iki ildir frontal-təzyiqli demensiyadan əziyyət çəkdiyinə baxmayaraq, onun vəziyyəti o qədər də pis deyil.  

"Bilirsiniz, mən bunu əvvəllər də demişdim: xəstəlik olduğu kimi qalır. Məncə, bunu dərk etmək və qəbul etmək lazımdır. Ancaq hazırda Brüs Villis stabil vəziyyətdədir", - Demi vurğulayıb.

Qeyd edək ki, keçmiş həyat yoldaşları tez-tez görüşürlər; məsələn, Mur sonuncu dəfə iki gün qabaq 69 yaşlı Villisin qonağı olub. Aktrisanın sözlərinə görə, ona yaxın insanların dəstəyi və müsbət emosiyaları çox vacibdir. 

Qeyd edək ki, Brüsə müalicəsi mümkün olmayan demensiya diaqnozu qoyulduqdan sonra o, insan arasına və karyerasını başa vurub. Xəstəlik onun hərəkətinə təsir edib. Ona təkbaşına hərəkət etmək çətindir. Buna görə də, ulduz yalnız həyat yoldaşı, qızları və nəvəsi ilə vaxt keçirir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->