Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.
Qaynarinfo xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Polşada Ukrayna yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Krakov şəhərində, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Görüşü avstriyalı Sebastyan Qişamer idarə edəcək.
Azərbaycan yığması qrupda ilk xalını da məhz bu rəqibindən alıb. 2-ci turun Bakıda keçirilən matçında komandalar 1:1 hesablı heç-heçə etmişdi.
Qeyd edək ki, Fransa D qrupunda 9 xalla liderdir. Ukrayna 4 xalla ikinci, İslandiya 3 xalla üçüncü, Azərbaycan millisi isə 1 xalla dördüncü pillədə qərarlaşıb.
DÇ-2026
Seçmə mərhələ
D qrupu
13 oktyabr
22.45 Ukrayna - Azərbaycan 2:1
Qollar: Aleksey Hutsuyak, 30.Ruslan Malinovski, 64 - Nəriman Axundzadə, 45+3.
Ukrayna: 12. Anatolo Trubin, 2. Yuxim Konoplya, 13. İlya Zabarnıy, 22. Mikolo Matviyenko (k), 16. Vitali Mikolenko, 8. Ruslan Malinovski, 18. Yeqor Yarmolyuk, 15. Oleq Oçeretko, 9. Aleksey Hutsuyak, 19. Nazar Voloşin, 11. Artyom Dovbik.
Ehtiyat oyunçular: 1. Aleksandr Buşçan (q), 23. Dmitri Riznik (q), 3. Boqdan Mixayliçenko , 4. Aleksandr Svatok, 5. Valeri Bondar, 7. Vladislav Vanat, 10. Mikola Şaparenko ,14. Aleksandr Nazarenko, 17. Artyom Bondarenko, 20. Vladislav Veleten, 21. İvan Kalyujnı.
Baş məşqçi: Sergey Rebrov.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 14. Elvin Bədəlov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 13. Abbas Hüseynov, 7. Anatoli Nuriyev, 8. Emin Mahmudov (k), 15. Abdulah Xaybulayev, 17. Toral Bayramov, 19. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov (q), 23. Rza Cəfərov (q), 2. Faiq Hacıyev, 6. Miraf Xaçayev, 10. Mahir Emreli, 11. Rüfət Əhmədzadə, 16. Rəhman Daşdəmirov, 18. Cəlal Hüseynov, 20. Kamran Abdullazadə, 21. Qismət Əliyev, 22. Musa Qurbanlı.
Baş məşqçi: Ayxan Abbasov.
Baş hakim: Sebastian Qişamer.
"Krakoviya" stadionu.
Şərhlər