Xəbər lenti

Dabaq xəstəliyinin yayılmasının səbəbi nədir: Vaksinasiya, yoxsa dərmanın keyfiyyəti?
Ölkə 18:08 13.10.2025

Dabaq xəstəliyinin yayılmasının səbəbi nədir: Vaksinasiya, yoxsa dərmanın keyfiyyəti?

Sosial şəbəkə və mətbuatda Azərbaycanda heyvanlar arasında dabaq xəstəliyinin geniş yayılması ilə bağlı məlumatlar səngimir. Xəstəliyin geniş yayılması bir başa ət və süd məhsullarının qiymətinə təsir edib. Mütəxəssislər qiymətlərdə kəskin bahalaşmanı xəstəliklə əlaqələndirir. 

Onlar xəstəliyin yayaılmasını iki versiya ilə izah edir. Birincisi, iddia olunur ki, xəstəlik heyvanlar arasında aparılan vaksinasiya prosesindən sonra geniş yayılıb. Heyvanlara vurulan vaksinin tərkibi keyfiyyətsiz olduğundan virusla mübarizə effektsiz olub. 

İkincisi isə bildirilir ki, rayonlarda hər il avqust-sentyabr aylarında heyvanlar arasında vaksinasiya aparılır. Əldə etdiyimiz məlumata görə, bəzi rayonlarda heyvanlara vaksin vurulmayıb və xəstəlik ondan sonra geniş yayılıb.

Kənd Təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli Qaynarinfo-ya açıqlamasında bildirib ki, əgər dərman preparatı keyfiyyətsizdirsə, vaksinasiyanın vaxtında aparılmasının mənası yoxdur:
 


"Biz neçə vaxtdır bunu deyirik. Deyirik ki, ölkəyə gətirilən dərman preparatlarının keyfiyyəti aşağıdır, standartlara cavab vermir. Xüsusilə dərmanların tərkibində vacib elementlər var ki, onun təsiredici qüvvəsi normaya uyğun olmalıdır. Onu ucuz almaq üçün aşağı keyfiyyətdə sifariş edirlər. Bizim evimizi də yıxan budur".

Ekspert hesab edir ki, istər insanlar, istərsə də heyvanlar üçün gətirilən dərmanların əksəriyyətinin keyfiyyəti standartlara cavab vermir:

"Hətta bitkilər üçün gətirilən pestisidlərin də keyfiyyəti aşağıdır. Biz 30 ilə yaxındır ki, bunu deyirik, heç kim heç bir tədbir görmür. Oliqarx məmurların adamları xaricdən aşağı keyfiyyətli dərman preparatları gətirirlər ki, bundan da həm sahibkarlar, həm də insanlar əziyyət çəkir”.
 
Vahid Məhərrəmli vurğulayıb ki, baytar həkim bəşəriyyəti müalicə edir:

"Əgər heyvanlar sağlam deyilsə, heyvanlarda olan xəstəliklərin əksəriyyəti insanlara keçir. Çox təhlükəli xəstəliklər var, bunlar insana keçəndə ölüm halları çoxalır. Qara yara, vərəm, dabaq xəstəliyi və s."

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->