Qətərdə təşkil olunan dünya çempionatında bu gün qrup mərhələsinin II turuna start veriləcək.
	
Qaynarinfo-nin məlumatına görə, A və B qruplarında ümumilikdə 4 görüş baş tutacaq.
	
Günün ilk matçı B qrupunda Uels və İran yığmaları arasında olacaq. Ardınca A qrupunda Qətər - Seneqal və Niderland - Ekvador oyunları keçiriləcək.
	
Günə A qrupunun İngiltərə - ABŞ matçı ilə yekun vurulacaq.
	
DÇ-2022
	
Qrup mərhələsi, II tur
	
25 noyabr
	
A qrupu
	
17:00. Qətər - Seneqal
	
Baş hakim. Antonio Migel Mateu Laos (İspaniya)
	
"Al Tumama" stadionu
	
 
20:00. Niderland - Ekvador
	
Baş hakim: Mustafa Qorbal (Əlcəzair)
	
"Xəlifə" stadionu
	
Xal durumu: Niderland - 3, Ekvador - 3, Seneqal - 0, Qətər - 0
	
B qrupu
	
14:00. Uels - İran
	
Baş hakim: Mario Eskobar (Qvatemala)
	
"Əhməd Bin Əli" stadionu
	
23:00. İngiltərə - ABŞ
	
Baş hakim: Xesus Valensuela (Venesuela)
	
"Əl Bayt" stadionu
	
Xal durumu: İngiltərə - 3, ABŞ - 1, Uels - 1, İran - 0
             
            
Şərhlər