Xəbər lenti

Ekonomiks 13:12 16.10.2024

"CPS Construction" cərimə olundu, rəhbəri narazı qaldı

"CPS Construction" şirkətinin rəhbəri İqbal Baxışov inzibati məsuliyyətə cəlb edilib. 

Qaynarinfo-nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi İqbal Baxışovu İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimələyib.  

Bu maddə işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

İqbal Baxışov dövlət qurumunun qərarından məhkəməyə şikayət verib. Onun şikayətinə Sabunçu Rayon Məhkəməsində baxılacaq. Anar Rzayev iş üzrə hakim təyin edilib. 

İqbal Baxışov "CPS Construction" şirkətinin rəhbəri olsa da, sahibi deyil. Mediada gedən məlumatlara görə, sözügedən şirkətin sahibi Ağstafa Aqrar Sənaye Kompleksinin Müşahidə Şurasının sədri, Almaniyanın "RAO Global Group" şirkətinin direktoru Rəsul Orucova məxsusdur.
 

Rəsul Orucov

Cari ilin əvvəllərində Rəsul Orucov 6 milyonluq vergi borcu ilə gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda deyilirdi ki, "CPS Construction" MMC-nin  6 549 204,84 vergi borcu var. Bu məsələ şirkətlə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi arasında məhkəmə çəkişməsinə səbəb olub. İdarə birinci məhkəmə instasiyasında qalib gəlib. "CPS Construction" MMC qərardan apellyasiya şikayəti verib. İşin nəticəsi barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Araşdırmalarımız zamanı məlum olub ki, hazırda şirkətin vergi borcu 7 205 580, 05 manat təşkil edir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->