Xəbər lenti

Çingiz Əhmədov:
Sənət 11:35 08.05.2026

Çingiz Əhmədov: "Oğlumun adını siyahıda görəndə çox sevindim"

"Siyahıda oğlum İbrahim Əhmədovun adını görəndə çox sevindim".

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Çingiz Əhmədov Prezident mükafatına layiq görülməsindən danışarkən deyib. 

Musiqili Teatrın aktyoru bildirib ki, özü bu mükafatı daha əvvəl alsa da, oğlu İbrahim Əhmədov ilk dəfə Prezident mükafatı ilə təltif olunub:

"Mən Prezident mükafatını əvvəllər almışam, amma oğlum İbrahim Əhmədova bu mükafat ilk dəfə verilib. Onun təltif olunacağından heç birimizin xəbəri yox idi. Açığı, bu bizim üçün gözlənilməz oldu. İbrahim uzun illərdir bu sahədə çalışır, teatrda və kinoda uğurlu işləri var. Sağ olsunlar ki, onun əziyyətini dəyərləndirdilər. Ata-oğul bir-birimizi təbrik etdik".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bir qrup mədəniyyət və incəsənət xadiminin Prezident mükafatı ilə təltif olunması barədə sərəncam imzalayıb. Təltif olunanlar arasında Əməkdar artist Çingiz Əhmədov və oğlu, aktyor İbrahim Əhmədov da yer alıb. 

Bahar Rüstəmli

--> -->