Xəbər lenti

Çin
Dünya 12:00 14.01.2025

Çin "TikTok"un ABŞ bölməsini İlon Maska sata bilər - Müzakirə gedir

Çin rəsmiləri "TikTok"un Amerika bölməsinin, qadağalardan yayınmaq mümkün olmadığı halda, İlon Maska məxsus «X» (əvvəlki Twitter) şirkətinə satılması imkanını nəzərdən keçirirlər. Pekin TikTok-un ByteDance-in mülkiyyətində qalmasına üstünlük versə də, bəzi məmurlar artıq ehtiyat planları üzərində işləyirlər. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə «Bloomberg»in məlumat yayıb.

"TikTok"un Amerika bölməsinin Maska satılması ilə bağlı müzakirələr Çin hökumətinin Donald Tramp administrasiyası, o cümlədən İlon Mask ilə əməkdaşlıq səylərinin bir hissəsi olaraq göstərilir. 

Mənbələrə görə, Çin hökumətində "TikTok"un Amerika seqmentinin Maska məxsus «X» şirkətinə verilməsi, hər iki platformanın birgə idarə olunması mümkün senarilərdən biridir. ABŞ-da 170 milyondan çox istifadəçisi olan "TikTok", «X»in reklamverənlər üçün cazibədarlığını əhəmiyyətli dərəcədə artırmağa kömək edə bilər. Eyni zamanda, Maskın süni intellekti «xAI», "TikTok"un yaratdığı böyük məlumat axınlarından əhəmiyyətli fayda əldə edə bilər.

Hazırda ByteDance-in Çin hökumətinin apardığı müzakirələrdən xəbərdar olub-olmaması və ya gələcək addımlarla bağlı hər hansı razılığın əldə edilib-edilmədiyi bilinmir. İlon Maskın "TikTok" və "ByteDance" ilə mümkün razılaşma haqqında aktiv danışıqlar aparıb-aparmadığı barədə də təsdiq yoxdur.

2024-cü ilin aprelində Mask «X» platformasında "TikTok"un ABŞ-da fəaliyyətini davam etdirməli olduğunu düşündüyünü bildirib. O, eyni zamanda "TikTok"un qadağan olunmasının nəticə etibarilə «X»-ə fayda verə biləcəyini etiraf edib.

Xatırladaq ki, sosial şəbəkənin ana şirkəti "ByteDance"in 2025-ci il yanvarın 19-na qədər "TikTok"un Amerika bölməsindəki payını satmaq üçün vaxtı var. Əks halda, tətbiq ABŞ-da əlçatmaz ola bilər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->