Çin bankları ABŞ Maliyyə Nazirliyinin yeni sanksiyaları altına düşən Rusiya kredit təşkilatlarının ödənişlərini bloklamağa başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın "The Moscow Times" https://t.me/moscowtimes_ru/27957 nəşri məlumat yayıb.
"Первая Группа" ASC-nin baş direktoru bildirib ki, Çin Xalq Respublikasının əksər bankları artıq onlarla əlaqələri kəsib.
Bundan əlavə, "Импая Рус" şirkətinin kommersiya direktoru təsdiq edib ki, Bank of China və Bank of Kunlun kimi banklar artıq sanksiyaya məruz qalan qurumlarla işlərini dayandırıb.
Daha əvvəl Rusiyalı idxalçılar tərəfindən ödənişlər üçün tez-tez istifadə olunan Bank of Kunlun müştərilərinə ödənişlərin qəbulunun dayandırılması barədə xəbərdarlıq göndərib.
Sanksiya təzyiqlərinə cavab olaraq Rusiyada Çinlə ödənişlər üçün alternativ yollar təklif edən Çinli ödəniş agentlərinin fəaliyyəti genişlənib.
Bu agentlərin bir qismi "yük" (karqo) sxemlərindən istifadə edir. Burada Çin tədarükçüləri ilə hesablaşmalar şəffaf olmayan sənədlərlə aparılır, mallar isə "qara" sxemlərlə və ya qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilir.
Alpər
Şərhlər