2025-ci ildə Çin ABŞ və Avropa İttifaqının "qara siyahı”sına salınmış Rusiya Federasiyasının iki ixrac layihəsindən 22 partiya mayeləşdirilmiş təbii qaz (LNG) qəbul edib. Sanksiyalar Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Moskvanın gəlirlərini məhdudlaşdırmaq məqsədilə tətbiq olunub.
Qaynarinfo xəbər verir ki, "Reuters" agentliyinin yazdığına görə, partiyalardan biri Portovaya layihəsindən, qalanları isə "Arktik LNG-2"dən göndərilib. Bu barədə Kpler və LSEG məlumatları göstərir.
Çinin dövlət şirkətləri olan "China National Petroleum Corp" (CNPC) və "China National Offshore Oil Corporation" (CNOOC) "Arktik LNG-2" layihəsinin hər birində 10 faiz paya malikdir. Bütün tədarüklər Çinin cənub-qərbində yerləşən Quanşi regionunun Beyhay şəhərindəki SPQ terminalına çatdırılıb.
Kpler məlumatlarına əsasən, "Arktik LNG-2" zavodundan Beyhaya aşağıdakı tanker reysləri həyata keçirilib:
Arktik Mulan – 8 avqust;
Vosxod – 6 sentyabr;
Zorya – 9 sentyabr;
Buran – 12 sentyabr;
İris – 16 sentyabr;
Arktik Mulan – 22 sentyabr;
Arktik Vostok – 30 sentyabr;
Laperuz – 9 oktyabr;
Arktik Metagaz – 14 oktyabr;
Arktik Mulan – 17 oktyabr;
İris – 23 oktyabr;
Arktik Vostok – 27 oktyabr;
Laperuz – 30 oktyabr;
Arktik Mulan – 11 noyabr;
Vosxod – 20 noyabr;
Arktik Pioner – 22 noyabr;
Arktik Vostok – 26 noyabr;
Arktik Mulan – 4 dekabr;
Zorya – 11 dekabr;
İris – 30 dekabr;
Arktik Mulan – 31 dekabr.
Portovaya layihəsindən Çinə isə yalnız bir tanker — "Valera" — 8 dekabr tarixində yük çatdırıb.
Jurnalistlər tanker sahiblərinin və ya idarəçilərinin əlaqə məlumatlarını tapa bilməyiblər.
Aydın
Şərhlər