Xəbər lenti

Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub, 6-sı yaralanıb
Ölkə 20:25 01.01.2026

Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub, 6-sı yaralanıb

Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub, daha 6-sı isə yaralanıb.

"Report"un Şərqi Avropa bürosunun əldə etdiyi məlumata görə, onlar, əsasən, Ukraynanın Donbas və Xarkov vilayətləri istiqamətində döyüşlər zamanı həyatlarını itirib və ya zərər çəkiblər.

Bundan başqa, ölkə üzrə 20 azərbaycanlının evi və ya mülkü aviazərbələrdən ya zərər görüb, ya da dağılıb.
Qeyd edək ki, ölən və zərərçəkən azərbaycanlıların hamısı Ukrayna vətəndaşlarıdırlar.
--> -->