Xəbər lenti

Çin iki dəfə minlərlə balıqçı gəmisini səfərbər edib: Bu nə deməkdir?
Dünya 13:40 19.01.2026

Çin iki dəfə minlərlə balıqçı gəmisini səfərbər edib: Bu nə deməkdir?

Çində hərbi dəniz qüvvələri daxilində "dəniz milisi" adlı bir qurum var, bu qurum Çinin mübahisəli əraziləri üzərində nəzarət qurmağa yönəlmiş əməliyyatlarda iştirak edir.

Çin son dövrlərdə iki dəfə minlərlə balıqçılıq gəmisini səfərbər edib, bu gəmi heyətlərinə böyük "üzən baryerlər" qurma təlimləri verilib.
 
Qaynarinfo xəbər verir ki, bu təlimlərə dair məlumatlar gəmi izləmə məlumatlarını analiz edən "The New York Times" tərəfindən açıqlanıb.

2025-ci ilin sonunda təxminən 2 min Çin gəmisinin ani şəkildə balıq ovuny dayandırması və ya limanlarından çıxaraq, Şərqi Çin dənizində paralel iki sıra şəklində cəmləşməsi məlum olub. Hər bir sıra təxminən 460 km uzunluğunda, tərsinə çevrilmiş "L" hərfi formasında düzülüb.

Bu cür təlim növü, 2026-cı ilin yanvarında yenidən baş verib. Bu dəfə 1400 yaxın Çin gəmisi düzülərək, 320 km-dən çox uzanan bir düzbucaqlı formasiya yaradıb. Bəzi yük gəmiləri bu maneəni aşmaq üçün ziqzaq şəklində hərəkət etməyə məcbur olub.

Bu qeyri-adi manevrlər, ingeniSPACE analitik şirkətinin əməliyyat direktoru Ceyson Van tərəfindən müşahidə edilib və Starboard Maritime Intelligence tərəfindən təmin edilən gəmi izləmə məlumatları ilə təsdiqlənib.

Çinin bu manevrlərin təlim məqsədi ilə həyata keçirildiyi ehtimal olunur. Bəzi analitiklər, bu cür hərəkətlərin təcili halda, məsələn, blokada, karantin və ya Tayvan üzərində təzyiq qurulması məqsədilə həyata keçirilə biləcəyini bildirirlər.

"Dəniz milisi" nədir?

Çindəki "dəniz milisi" adlı qurum, dövlətə məxsus balıqçılıq donanmasından ibarətdir və onun üzvləri hərbi təlimlər keçir. Lakin bu qurumun əsas "nüvəsi" peşəkar hərbçilərdən ibarətdir.

Çin dünya üzrə ən böyük balıqçılıq sahələrindən birinə sahibdir və 2020-ci ilə olan məlumatlara görə, təxminən 564 min balıqçı gəmisi ilə dünyanın ən böyük balıqçılıq donanmasını idarə edir. Həmçinin, bu donanma tamamilə dövlətin nəzarəti altındadır və "dəniz milisi" yaratmaq üçün yaxşı bir potensiala malikdir.

Bu gəmilərə müharibə şəraitində, beynəlxalq hüququn tələblərinə görə, hücum edilməməsi vacibdir, çünki bu tip gəmi və vasitələr "hərbi hədəf" kimi tanınmır. Lakin onlar həm də hərbi davranışlar sərgiləyə bilərlər və tezliklə balıq ovu fəaliyyətlərinə qayıdaraq "ikiüzlü" bir davranış sərgiləyirlər.

Bu cür "hibrid" davranış hərbi gəmilər və sahil mühafizə orqanları üçün mübarizə qaydalarını və əmrləri hazırlamağı çətinləşdirir. Bu, həm də rəqib ölkələr üçün ciddi strateji problemlər yaradır.

Aydın
--> -->