AccessBank
gömrük, vergi, tibb və təhsil sahələrində çalışan şəxslər üçün nəzərdə tutulan nağd
kredit kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində müştərilər
40 000 manatadək nağd krediti daha əlverişli şərtlərlə rəsmiləşdirə bilərlər.
Təklif çərçivəsində müştərilərə mövcud tariflərlə müqayisədə illik faiz
dərəcəsində 7%-dək endirim təqdim olunur. Nağd
kredit məhsulu üzrə illik faiz dərəcəsi minimum 10%, maksimum isə 17%
təşkil edir. Kreditin Faktiki illik faiz dərəcəsi (FİFD) 14,46%-dən başlayır və
seçilən müddətə, komissiya və kredit məbləğinə uyğun olaraq dəyişə bilər.
Komissiya: 1-4%, kredit müddəti isə 6 aydan 48 ayadək nəzərdə tutulur.
Müştərinin istəyinə uyğun olaraq faizsiz kredit kartı da təqdim olunur ki, bu da gündəlik ödənişlərin daha rahat və çevik şəkildə idarə edilməsinə imkan yaradır.
Qeyd edək ki, kampaniya 19 noyabr 2025-ci il tarixində start götürüb və 31 mart 2026-cı il tarixinədək uzadılıb.
AccessBank müştərilərinə gündəlik ehtiyaclara
uyğun, etibarlı və sərfəli maliyyə həlləri təqdim etməyə davam edir.
Daha ətraflı məlumat üçün: www.accessbank.az
AccessBank Azərbaycanın
mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları
sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə
Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü
Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün
əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar
haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçininwww.accessbank.azsaytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Şərhlər