Xəbər lenti

Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan etdi
Dünya 18:20 03.12.2024

Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan etdi

Cənubi Koreya prezidenti Yun Seok-yeol "Şimali Koreya tərəfdarı qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq üçün" hərbi vəziyyət elan edib. 

Qaynarinfo bu barədə "Yonhap" agentliyinə istinadən xəbər verir.

Bundan əvvəl o, hökumətlə fövqəladə iclas zamanı ona qarşı impiçment prosesinin aparılması cəhdlərini açıqlamışdı. Ölkənin Müdafiə Nazirliyi bütün qoşun növlərinin komandirlərinə döyüş hazırlığının artırılması barədə göstəriş verib.

"Azad Koreya Respublikasını Şimali Koreya kommunist qüvvələrinin təhlükəsindən qorumaq, xalqımızın azadlığına və xoşbəxtliyinə, konstitusiya quruluşuna qəsd edən vicdansız Şimali Koreyayönlü anti-dövlət qüvvələrinin dərhal kökünü kəsmək üçün hərbi vəziyyət elan edirəm", deyə Yun Seok-teol xalqa müraciətində bildirib.

Cənubi Koreya prezidentinə müxalifətdə olan və parlamentdə çoxluğa nəzarət edən Demokratik Partiya deputatların fövqəladə iclasını çağırıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->